Tramp ABŞ ın müharibələrdə iştirakını istisna etməyib

11.11.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Vaşinqtonun hər hansı müharibədə iştirak etməsini istəmir, lakin hərbi ssenari yaranarsa, ölkəsi sərt şəkildə addım atacaq.

APA xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.

“Mən müharibələrdə iştirak etmək istəmirəm. Amma əgər müharibə vəziyyətində olsam, biz tez qalib gələcəyik və bu çox sərt olacaq”, - o deyib.

Tramp bir daha vurğulayıb ki, o və administrasiyası doqquz ay ərzində səkkiz münaqişəni dayandırıb. Lakin hansı münaqişələrdən söhbət getdiyini dəqiqləşdirməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью