Tramp: ABŞ ın nüvə sınağı keçirməyən yeganə ölkə olmasını istəmirəm

03.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, 3 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə silahlarının sınaqlarını bərpa etməsini Rusiya və Çinin nüvə sınaqları keçirməsi ilə əlaqələndirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, CBS-də telekanalında “60 Minutes” verilişinə müsahibəsində deyib. “Mən sınaq keçirməyən yeganə ölkə olmaq istəmirəm”, - deyə Tramp əlavə edib.

O müsahibədə Pekin və Moskvanın sınaqlarını gizli şəkildə həyata keçirdiyini bildirib.

“Rusiya və Çin sınaq keçirir, amma onlar bu barədə danışmırlar. Bilirsiniz ki, biz açıq cəmiyyətik. Biz fərqliyik. Bu barədə danışırıq”,- deyə ABŞ Prezidenti vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью