Tramp ABŞ ın Qrenlandiyaya tam giriş əldə etməsi üçün danışıqlar apardığını açıqlayıb

22.01.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika Birləşmiş Ştatları Qrenlandiyaya "tam giriş" əldə etmək üçün danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Fox News"a verdiyi müsahibədə bildirib.

Ondan Vaşinqtonun Qrenlandiyanı almaq niyyətində olub-olmadığı soruşulub. "Hazırda detalları müzakirə edirik, amma mahiyyət etibarilə tam giriş nəzərdə tutulur. Heç bir məhdudiyyət, vaxt məhdudiyyəti yoxdur", - deyə prezident bildirib.

Onun sözlərinə görə, Amerikanın "Qızıl Günbəz" raketdən müdafiə sisteminin bir hissəsi Qrenlandiyada yerləşəcək. Tramp əlavə edib ki, ABŞ "istədiyi hər şeyi heç bir xərc çəkmədən əldə edəcək".

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью