Tramp: ABŞ ın rüsumlarına görə bütün ölkələr BRİKS dən çıxacaq

15.10.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, onun BRICS ölkələrinə gömrük rüsumları tətbiq etməklə bağlı hədələri öz təsirini göstərib.

Bizimyol.info xəbər verir ki, bunu o, Ağ Evdə argentinalı həmkarı Xavyer Mayli ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən dollarla bağlı çox güclü mövqe tuturam və dollarla əməliyyat aparmaq istəyən hər kəsin etməyənlərə nisbətən üstünlüyü var", - deyə Ağ Evin hazırkı prezidenti qeyd edib.

Trampın sözlərinə görə, BRİKS ölkələri “dollara hücum” siyasəti yürüdürlər. “Mən dedim ki, kimsə BRİKS-də olmaq istəyirsə, yaxşıdır, amma biz sizin ölkəyə tariflər tətbiq edəcəyik və onlar getdi. Hamı BRİKS-i tərk edəcək”, - deyə Amerika lideri bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью