Tramp ABŞ ın süni intellekt sahəsində Çindən çox irəlidə olduğunu bildirib

20.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 20 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların süni intellekt yarışında Çindən çox irəlidə olduğunu bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, o, həmçinin Amerikanın bir çox sənaye sahəsində texnoloji dominantlığını vurğulayıb.

"Biz Amerikanın təkcə “Bitcoin” və kriptovalyutada deyil, həm də proqnoz bazarları, süni intellekt və daha çox texnologiyalarda mübahisəsiz lider olaraq qalmasını təmin edirik. Süni intellekt sahəsində biz 2-ci yerdən çox irəlidəyik. 2-ci yerdə Çindir”,- deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью