Tramp: ABŞ ın təzyiqləri səbəbindən İranı iqtisadi çöküş gözləyir

11.08.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqlərin nəticə verdiyini və ölkə iqtisadiyyatının çökə biləcəyini düşünür.

Bizimyol.info xəbər verir ki, Tramp “Real America’s Voice” radiostansiyasına müsahibəsində İranın iqtisadi vəziyyətinin ağır olduğunu bildirib.

“Onların vəziyyətinin nə qədər pis olduğuna baxın. İnflyasiya 300 faizdir, valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur. Onlar əsgərlərinə maaş verə bilmirlər. Əsgərlər də ordudan gedirlər”, – deyə ABŞ prezidenti bildirib.

Tramp deyib ki, Vaşinqton İrana qarşı iqtisadi təzyiq siyasətini davam etdirəcək. Onun sözlərinə görə, İran iqtisadi baxımdan “çökmüş vəziyyətdədir” və ölkə borc almaq imkanını da itirib.

ABŞ prezidenti həmçinin İranın maliyyə vəsaitlərinin bir hissəsinə nəzarət etdiklərini iddia edib və “Mən onların bankiriyəm” ifadəsini işlədib.

Tramp eyni zamanda ABŞ-ın İran ərazisinə “çox güclü zərbə” endirə biləcəyini də istisna etməyib.

ABŞ və İsrailin İranla müharibəyə fevralın 28-də başladığı bildirilir. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı əldə olunmuş razılaşmanın Hörmüz boğazı ilə bağlı şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью