Tramp ABŞ ın Venesueladakı əməliyyat zamanı gizli silahdan istifadə etdiyini açıqlayıb

24.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin Venesuelada həyata keçirilən əməliyyat zamanı gizli silahdan istifadə etdiyini iddia edib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu "New York Post" qəzetinə müsahibəsində danışıb.

Nəşrin yazdığına görə, Tramp bu silah barədə danışmağa icazəsi olmadığını bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Venesuelada mövcud olan raketlərin havaya qaldırılması mümkün olmayıb.
“Onların Rusiya və Çin istehsalı raketləri var idi, lakin onlar havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işə düşmədi”, – deyə Tramp vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью