Tramp: ABŞ iqtisadiyyatda tarixi uğur qazanacaq

05.04.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

ABŞ iqtisadiyyatda tarixi uğur qazanacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində bir sıra ölkələrə qarşı cavab rüsumlarının tətbiqi ilə bağlı son qərarını şərh edərkən yazıb.

"Biz görünməmiş miqyasda şirkətləri və iş yerlərini ölkəmizə qaytarırıq. Artıq 5 trilyon dollarlıq sərmayə əldə etmişik. Bu məbləğ artacaq”, - o bildirib.

Trampın sözlərinə görə, ticarət tarifləri Çin iqtisadiyyatına ABŞ-dən daha çox zərbə vurub: "Pekin Vaşinqtondan daha çox əziyyət çəkib. Onlar və bir çox başqa ölkə bizə qəbuledilməz dərəcədə pis rəftar etdilər. Bu, iqtisadi inqilabdır və biz qalib gələcəyik. Yekun nəticə tarixi olacaq".

/report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью