Tramp ABŞ İran danışıqlarının yeni mərhələsinin tarixini açıqlayıb

10.06.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nüvə sazişi üzrə ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun 12-də baş tutacaq

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Cümə axşamı İranla görüşümüz var, ona görə də cümə axşamına qədər gözləyəcəyik", - o, bildirib.

Qeyd edək ki, tərəflər hələ də uranın zənginləşdirilməsi ilə bağlı razılığa gəlməyiblər.

Tramp qeyd edib ki, ABŞ İranın ondan tamamilə imtina etməyini istəyir. İran isə zənginləşdirməni davam etdirməkdə israr edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью