Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"Kimsə məndən İranla müharibənin nə vaxt bitəcəyini soruşdu və mən də istədiyim zaman dedim”
ABŞ Prezidenti Donald Tramp ABŞ-İran münaqişəsinin tezliklə bitəcəyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp qarşıdurmanın istədiyi vaxt bitəcəyini iddia edib və ABŞ-ın qalib gələcəyinə əminliyini ifadə edib.
Ağ Ev rəhbəri İranın "heç vaxt nüvə silahı əldə etməməli olduğunu" vurğulayaraq bildirib: "Kimsə məndən İranla müharibənin nə vaxt bitəcəyini soruşdu və mən də istədiyim zaman dedim. Bu, çox tez baş verəcək. Amma biz buna düzgün şəkildə son qoymalıyıq".
Tramp həmçinin İranı ABŞ-la müharibəni başlatmaqda günahlandırıb.