Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

09.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 9 iyun, AZƏRTAC

ABŞ bu hücuma cavab verməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O bildirib ki, hərbçilər ona dünən gecə Hörmüz boğazı üzərində patrul xidməti aparan “Apache” helikopterlərindən birinin iranlılar tərəfindən vurulduğunu deyib. Trampın sözlərinə görə, hadisədə iki pilot iştirak edib və hər ikisi sağdır. Buna baxmayaraq o, ABŞ-nin bu hücuma cavab verməli olduğunu bəyan edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью