Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana dərman preparatları göndərmək təklif etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Vitse-prezident Ceyms Devid Vensin İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzaiyə məktub göndərməsi barədə sualı cavablandırarkən İranın dərman və digər yardımlara ehtiyacı olduğunu deyən Tramp sözlərinə belə davam edib:
“Vens məndən bu barədə nə düşündüyümü soruşdu. Mən də dedim ki, bunu etmək istəyirsə, edə bilər. Əslində, söhbət səhhətində problem olan insanları lazımi vasitələrlə təmin etməkdən gedir”, – Tramp bildirib.