Tramp: “ABŞ İrandan hər an çıxa bilər ...”

06.04.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ İrana qarşı əməliyyatı “dərhal” başa çatdıra bilər, alternativlər çoxdur, lakin Vaşinqton Tehranın nüvə silahı hazırlamaq imkanlarının olmamasına əmin olmaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Ümid edək ki, bu, tez bir zamanda bitə bilər. Amma bir daha deyirəm, alternativlərimiz çoxdur. Biz indi çıxa bilərik və onların dağıdılanı bərpa etməsi üçün 15 il lazım olacaq. Biz dər an çıxa bilərik, amma mən bunu başa çatdırmaq istəyirəm. Hazırsınız? İran nüvə silahı əldə edə bilməz”, – deyə amerikalı lider Ağ Evdə jurnalistlərə İrana qarşı əməliyyatın gedişini şərh edərkən bildirib.

O həmçinin faktiki olaraq iddia edib ki, İran vətəndaşları ölkələrinə qarşı ABŞ-İsrail kampaniyasını dəstəkləyirlər. “İranlılar ən çox bombaların düşməsinin dayandığını eşitdikdə narahat olurlar”, – deyə Tramp qeyd edib.

ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı müharibəyə başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana dəydib. Ağ Ev bu hücumu İrandan gəldiyi iddia olunan raket və nüvə təhdidləri ilə əsaslandırıb. Eyni zamanda, ABŞ rəhbərliyi açıq şəkildə İran vətəndaşlarını öz hökumətinə qarşı çıxmağa və hakimiyyəti ələ keçirməyə çağırıb. Nəticədə zərbələr İranın sabiq ali lideri ayətulla Əli Xameneyi və bəzi digər yüksək vəzifəli şəxslərin ölümünə səbəb olub. İran İsrailə və ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərinə qarşı cavab əməliyyatlarına başlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью