Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10.06.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran ərazisindən milyonlarla barel neftin çıxarıldığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o Ağ Evdə jurnalistlərə bildirib.

"Biz milyonlarla barel neft çıxarırdıq - milyonlarla barel. Hər gecə biz neft götürürdük. Milyonlarla barel neft çıxarılıb və məhz buna görə də qiymət 250 dollar yox, bir barel üçün 85-90 dollardır", - o deyib.

O həmçinin qeyd edib ki, müharibə tam başa çatdıqdan sonra yanacağın qiyməti aşağı düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью