Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbə endirməyə hazırdır

22.07.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə, ABŞ İranın nüvə obyektlərinə yenidən hücum etməyə hazırdır.
APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

"İranın xarici işlər naziri Abbas Araqçi nüvə obyektləri ilə bağlı deyib ki, dağıntılar çox ciddidir, obyektlər sıradan çıxarılıb". Əlbəttə ki, bu belədir. Mən demişdim və əgər lazım olsa, bunu yenidən edəcəyik", – deyə Tramp qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью