Tramp: ABŞ İranın zənginləşdirilmiş uranını utilizasiya edəcək

13.06.2026

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ "münasib vaxtda" İranın zənginləşdirilmiş uranının çıxarılması və utilizasiyası məsələsi ilə məşğul olacaq. O, bunun saziş bağlandıqdan nə qədər sonra baş verəcəyinə aydınlıq gətirməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində yazıb.

"Münasib vaxtda, hər şey sakitləşəndə, biz ora gedəcəyik və möhtəşəm B-2 bombardmançılarımız və onların parlaq pilotları sayəsində qüdrətli qranit dağların dərinliklərində basdırılmış nüvə tozunu çıxarıb istər İranda, istərsə də Birləşmiş Ştatlarda məhv edəcəyik", — deyə o, bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью