Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli üzrə danışıqların davam etdiyini, lakin Vaşinqtonun bu prosesdə tələsmədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Danışıqlar gedir, iranlılar danışmaq istəyirlər və bu prosesi davam etdirirlər. Açığı, biz tələsmirik”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp İranla qarşıdurmanı qeyri-adi münaqişə adlandıraraq, bunun ənənəvi müharibə olmadığını vurğulayıb.
Qeyd edək ki, son həftələrdə ABŞ Prezidenti İranla münaqişənin yaxın vaxtlarda başa çatacağına dair bir neçə dəfə açıqlama verib.