Tramp: ABŞ İranla razılaşmaya üstünlük verir

07.03.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

"Mən dünən İran liderinə məktub göndərdim, İranla razılaşmaya üstünlük verirəm", - o qeyd edib.

Tramp bir daha təkrarlayıb ki, İran nüvə silahına sahib olmamalıdır. O, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью