Tramp: ABŞ istənilən Latın Amerikası ölkəsində narkotacirlərə zərbə endirə bilər

03.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu yalnız Venesuelada deyil, digər Latın Amerikası ölkələrində də narkotik qaçaqmalçılarına zərbə endirməyə başlaya bilər.

APA xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə keçirdiyi iclasda danışıb.

"Eşitmişəm ki, Kolumbiya kokain istehsal edir. Onların kokain fabrikləri var, bilirsinizmi? Sonra da kokainlərini bizə satırlar. Bəli, bunu edən və ölkəmizə satan hər kəs hədəfə alınacaq", - Tramp deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью