Tramp: ABŞ Kiyevi Avropanın ödədiyi böyük həcmdə silahla təmin edəcək

14.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 iyul, AZƏRTAC

ABŞ Ukraynanı böyük miqdarda silahla təmin etmək niyyətindədir və Avropa onun pulunu ödəyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə deyib.

"Biz NATO-ya böyük miqdarda silah ötürəcəyik. Onlar Ukraynaya silah tədarük edəcək və silahların pulunu 100% ödəyəcəklər", - deyə ABŞ lideri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью