Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək

12.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək

ABŞ prezidenti Donald Tramp milli komandanın dünya çempionatındakı ilk matçında stadionda olmayacaq.

QOL.az xəbər verir ki, bu barədə Ağ Evin və DÇ-2026 Təşkilat Komitəsinin birgə işçi qrupunun rəhbəri Endryu Culiani “TalkSport”a açıqlamasında bildirib. O, prezidentin sıx iş qrafikini səbəb kimi göstərib.

"Prezident Tramp çox güman ki, ilk matçda olmayacaq. Onun qrafiki çox doludur".

Qeyd edək ki, ABŞ millisi DÇ-2026-da qrup mərhələsinə 13 iyunda Paraqvaya qarşı oyunla başlayacaq. Komanda daha sonra Avstraliya və Türkiyə ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью