Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika qüvvələri tezliklə Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatları keçirməyə başlaya bilər.
Ölkə.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"Sonrakı məsələ torpaqla bağlı olacaq. Biz Senata və Konqresə gedib bu barədə onları məlumatlandıra bilərik, amma düşünmürəm ki, bununla bağlı hər hansı problem yaşasınlar.
"Quru yolla daşınan narkotiklərə gəldikdə isə, bu, mütəşəkkil cinayətkarlıq üçün daha təhlükəlidir. Daha təhlükəli olacaq, bunu tezliklə görəcəksiniz", – deyə Tramp əlavə edib.
Həmidə İbrahimova