Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ ordusunun həyata keçirdiyi intensiv hərbi zərbələrə baxmayaraq, İran hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatına (PUA), eləcə də məhdud səviyyədə silah istehsalı imkanlarına malikdir.
XQ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığında jurnalistlərə müsahibəsində İrana qarşı keçirilən əməliyyatların nəticələrini şərh edərkən belə deyib.
Ağ Ev rəhbəri rəsmi Tehranın hərbi potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini vurğulayaraq: "Onların hələ də bəzi raketləri, dronları və müəyyən istehsal gücü qalıb, amma bu, artıq çox deyil", - deyə bildirib.
Prezident Tramp, həmçinin ABŞ Silahlı Qüvvələrinin strateji əhəmiyyətli Hörmüz boğazına tam nəzarət etdiyini iddia edərək, İranın hazırda bölgədə hər hansı nəzarət və manevr imkanlarının qalmadığını söyləyib. O, rəsmi Tehranın fəallığını tamamilə dondurmaq məqsədilə ABŞ-nin İrandakı hərbi hədəflərə qarşı yeni və daha güclü zərbələr endirəcəyini də açıq şəkildə bəyan edib.