Tramp: ABŞ nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

16.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının gözləniləndən daha tez başa çatacağını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Müharibə çox tezliklə başa çatacaq. İnsanların düşündüyündən daha tez”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Sonradan Vaşinqton hərbi əməliyyatların miqyasını azaltdığını və İrana qarşı iqtisadi təzyiqi, o cümlədən sanksiyaları əsas istiqamətə çevirdiyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью