Tramp ABŞ nin İranla münaqişədən mümkün çıxış strategiyaları barədə danışdı

25.07.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin İranla münaqişədən çıxmaq strategiyası ya hərbi eskalasiya, ya da razılaşmadan ibarətdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin müvafiq sualına cavabında danışıb.
“Düşünürəm ki, çıxış yolu çoxdur. Hərbi seçim var, burada biz eyni şeyi etməyə davam edirik, daha da aqressiv şəkildə, əllərində olan hər şeyi partladaraq. Yaxud daha ağlabatan bir strategiya var, bu da razılaşma əldə etməkdir. Sadəcə düşünmürəm ki, onlar hələ buna hazırdırlar, amma razılaşma əldə etmək istəyirlər. Bəzən razılaşma əldə etmək istədiklərini demirlər. Onlar daha sərt görünmək istəyirlər”, - Amerika lideri əlavə edib.  
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью