Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcək.
APA “Sky News”a istinadən xəbər verir ki, Tramp bunu NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.
“Bəli, düşünürəm ki, bu baş verəcək. Hazırda bu məsələdə açar rolu oynaya biləcək şəxsin yanında oturmuşam”, - Ağ Ev rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Qrenlandiya ABŞ-yə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır.