Azpolitika.az saytına istinadən Icma.az xəbər verir. ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni Milli Təhlükəsizlik Strategiyasını
Sənəd Ağ Evin saytında yerləşdirilib və Tramp administrasiyasının xarici siyasət vizyonunu əks etdirir.
Şərhçilərin qeyd etdiyinə görə, strategiya əvvəlki administrasiyanın yanaşmalarından bir sıra fundamental məqamlarda kəskin şəkildə fərqlənir.Sərhədlərin qorunması və Qərb yarımkürəsi – strategiyanın mərkəzi xətti33 səhifəlik sənəddə ABŞ-nin milli təhlükəsizliyinin əsas elementi kimi ölkənin xarici sərhədlərinin qorunması göstərilir.
Vaşinqton Qərb yarımkürəsində öz maraqlarını prioritet hesab edir və bölgədəki ölkələrlə münasibətlərin gələcəyinin onların “xarici təsirlərə – xüsusilə Çinə müqavimət göstərə bilmə qabiliyyətindən” asılı olacağı bildirilir.ABŞ bölgədə güclü hərbi iştirakını qorumaqda qərarlıdır.
Sənəddə deyilir ki, bu iştirak: dəniz yollarına nəzarət, qeyri-qanuni və arzuolunmaz miqrasiyanın qarşısını almaq, insan alverinin və narkotik ticarətinin azaldılması üçün zəruri sayılır.Vaşinqtonun yeni yanaşması: ABŞ yalnız öz maraqlarına toxunan məsələlərə müdaxilə edəcək Sənəddə bildirilir ki, ABŞ dünya lideri kimi digər ölkələrdəki proseslərə biganə qala bilməz, lakin Vaşinqton yalnız birbaşa Amerika maraqlarına təsir edən məsələlərə müdaxilə edəcək.
ABŞ artıq heç bir ölkəyə demokratiya ilə bağlı öz standartlarını tətbiq etməyi hədəfləməyəcək.Strategiyada Qərbin “ənənəvi dəyərlərinin qorunması” xüsusi vurğulanır.
Miqrasiya isə Qərb ölkələrinin “identikliyinə real təhlükə” kimi təqdim olunur.
Bu kontekstdə sənəd Avropa İttifaqını açıq şəkildə tənqid edir.Çin: ədalətli ticarət və Tayvan məsələsində qırmızı xəttÇinlə bağlı əsas vurğu daha ədalətli ticarət əlaqələrinin qurulmasıdır.