Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, Ağ Evin bəyanatında Təhsil nazirliyinin təhsil proqramlarının əhəmiyyətli bir hissəsi dörd quruma veriləcək: Əmək nazirliyi, Səhiyyə nazirliyi, Daxili İşlər nazirliyi (DİN) və ABŞ Dövlət departamenti.
Əmək nazirliyinin səlahiyyətlərinə əmək bazarının tələbatlarını ödəmək üçün peşəyönümü və mütəxəssislərin hazırlanması ilə bağlı ibtidai, orta və orta təhsildən sonrakı təhsil proqramları, habelə miqrantların, kimsəsiz uşaqların, aztəminatlı ailələrin və digər həssas qrupların uşaqları üçün təhsil təşəbbüsləri daxil olacaq.
DİN ABŞ-nin yerli əhalisi üçün təhsil proqramlarının və ingilis dilinin tədrisi vəsaitlərin bölüşdürülməsinə cavabdeh olacaq, Dövlət departamenti isə beynəlxalq tələbələr üçün analoji təşəbbüslərə nəzarət edəcək.
“Administrasiyanın fikrincə, bu tədbirlər federal təhsil bürokratiyasını dağıdacaq, maliyyələşdirilən proqramların effektiv icrasını təmin edəcək və prezidentin təhsili ştatlara qaytarmaq vədini yerinə yetirməyə yaxınlaşacaq”, - qəzet yazır.
Bununla yanaşı, qanunverici orqanın razılığını almadan federal nazirliyin tam ləğvindən fərqli olaraq, Təhsil nazirliyi ilə bağlı açıqlanan dəyişikliklər Konqresin təsdiqini tələb etmir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Əmək nazirliyinin səlahiyyətlərinə əmək bazarının tələbatlarını ödəmək üçün peşəyönümü və mütəxəssislərin hazırlanması ilə bağlı ibtidai, orta və orta təhsildən sonrakı təhsil proqramları, habelə miqrantların, kimsəsiz uşaqların, aztəminatlı ailələrin və digər həssas qrupların uşaqları üçün təhsil təşəbbüsləri daxil olacaq.