Tramp ABŞ nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə yaxın olduğunu açıqlayıb

10.03.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edə bilər”.

Missiya.Az “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində pauzanı aradan qaldırmağa yaxındır.

“Biz praktiki olaraq hazırıq, həqiqətən, demək olar ki, hazırıq”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, ABŞ bu yaxınlarda Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini tamamilə dayandırıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью