Tramp: ABŞ nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

14.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 14 may, AZƏRTAC

“ABŞ və Çinin birlikdə fantastik gələcəyi olacaq”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə geniş tərkibdə görüş zamanı deyib.

O, Cinpini əla lider adlandırıb. Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyi və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. “Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью