Tramp: ABŞ ordusu İranı məğlub edib

17.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ ordusu İranı böyük bir məğlubiyyətə uğradıb.  Bu hərəkətlərin nəticələri tezliklə görünəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə günü bəyan edib.

"Biz İran üzərində güclü bir qələbə qazanırıq. Nəticələr tezliklə görünəcək", - deyə o, həmvətənlərinə televiziya ilə müraciətində bildirib.

Bir müddət əvvəl ABŞ İrana qarşı hücumları bərpa edib. Cümə gecəsi İran daha bir hücuma məruz qalıb. Buşehr Qeşm adasındakı hərbi bazalara və Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər Abbas və Bəndər Xemir limanlarına zərbələr endirildiyi bildirilir. 

Partlayışlar həmçinin ölkənin cənub-qərbindəki Əhvaz sənaye şəhərini və İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətindəki İranşəhr hava limanını da sarsıdıb.

İran gecə ərzində Bəhreyndə Amerika hərbi bazasına hücum etdi və Küveyt ordusu İranın hava hücumunu dəf etdiyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью