Tramp ABŞ ordusuna 1 trilyon dollar xərcləmək istəyir

08.04.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mənim administrasiyam ABŞ-nin təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib”.

Missiya.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

"Biz çoxlu pula qənaət edirik, lakin ordu qurmalıyıq və güclü olmalıyıq, çünki hazırda ətrafda çoxlu pis qüvvələr var", - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, onun administrasiyası hərbi üçün indiyə qədər ən böyük büdcəni təsdiq edəcək.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью