Tramp ABŞ ordusunun Suriyada Əl Qaidə liderlərindən birini öldürdüyünü bildirdi

18.02.2025

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ötən həftəsonu ABŞ ordusunun Suriyada “Əl-Qaidə” terror qruplaşmasının (Rusiyada qadağan olunmuş) liderlərindən birini öldürdüyünü bildirib.

Manset.az-ın əldə etdiyi məlumata görə, o, bu barədə "Truth Social"-da yazıb.

"Bu həftəsonu ABŞ qüvvələri Suriyada Əl-Qaidə üzvünə dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün regionda “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi".

Tramp həmçinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları uğurlu əməliyyat münasibətilə təbrik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью