Tramp ABŞ qüvvələrinin İrana doğru hərəkət etdiyini açıqladı

28.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin İrana yaxınlaşdığını bəyan edib.

Modern.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Tramp qeyd edib ki, ABŞ 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv edib.

"Daha bir ay da vaxt itirsək, İran nüvə silahlarına sahib olacaqdı. Biz məcbur İranın nüvə obyektlərinə zərbələr endirdik. Hazırda daha böyük qüvvələrimiz İrana doğru irəliləyirlər. Ümid edirəm ki, Tehran bizimlə razılığa gələcək", - deyə ABŞ prezidenti bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью