Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən seçkilərin saxtalaşdırıldığını iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, o, mətbuat konfransı zamanı 2026-cı ildə Los-Ancelesdə keçiriləcək mer seçkilərini nümunə göstərərək səsvermənin nəticələrini şübhə altına alıb.
Los-Anceles meri vəzifəsinə namizədlər Spenser Pratt və Nitya Raman arasında keçirilən ilkin seçkilərə toxunan Tramp bildirib ki, Prattın ikinci tura yüksələcəyi gözlənilsə də, əlavə səslərin hesablanmasından sonra nəticələr dəyişib.
“Seçkilərimiz o qədər saxtadır ki, bunu təsəvvür belə edə bilməzsiniz!” – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə edib.
Tramp Respublikaçıların məğlubiyyətinin səbəbləri sırasında yanacağın yüksək qiymətini göstərib. O, İranla müharibənin də seçkilərin nəticələrinə təsir etdiyini etiraf edib.
Murad İsmayıl