Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin silah və sursat ehtiyatlarını artırmağa ehtiyac olduğunu bildirib.
APA xəbər verir ki, o, Konqresdən tələb olunan 87,6 milyard dollarlıq əlavə maliyyənin, o cümlədən Pentaqon üçün nəzərdə tutulan 21 milyard dolların sursat alınmasına və müdafiə sənayesinin gücləndirilməsinə yönəldiləcəyini qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ-ın hazırda böyük silah ehtiyatları var, lakin buna baxmayaraq, ölkə arsenalını daha da genişləndirmək niyyətindədir.