Tramp: ABŞ sülhə sadiqdir

18.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 18 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatları sülhə sadiqdir və biz Yaxın Şərq bölgəsindəki hər kəsi danışıqlarımızın gözəl şəkildə davam etməsinə təkan verəcək öhdəliklərini yerinə yetirməyə çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O deyib ki, neft qiymətləri kəskin şəkildə aşağı düşüb və səhmlər kəskin şəkildə artıb və bazar baş verənlərə müsbət reaksiya verir.

“Livan, “Hizbullah” və İsrail də daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs gözləyirik”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью