Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“ABŞ İranla iki həftəlik atəşkəs razılaşması bağlamaqla tam qələbə əldə edib”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "France-Presse" (AFP) agentliyinə bildirib. Qısa telefon müsahibəsində o, razılaşmanın baş tutmayacağı təqdirdə İranın elektrik stansiyalarını və körpülərini məhv etmək barədə ilkin təhdidlərinə qayıdıb-qayıtmayacağına münasibət bildirməyib:
“Gözləməli və görməlisiniz. Uran məsələsi mükəmməl şəkildə həll olunacaq, əks halda İran razılaşmazdı”.
D.Tramp əlavə edib ki, Çinin İranı atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlar masasına gəlməyə təşviq edib:
“Eşitdiyim budur”.
Qeyd edək ki, ABŞ prezidentinin may ayında çinli həmkarı Si Cinpinlə görüşmək üçün Pekinə səfər etməsi planlaşdırılır.
Aydın Baxış