Tramp: ABŞ tarixində ən mühüm sərəncamlardan birini imzalayacağam

12.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi ABŞ-də dərman qiymətlərinin 30-80% azaldılmasını nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, o bu barədə "Truth Social" şəbəsindəki hesabında bildirib.

"Ölkəmizin tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağımı elan etməkdən məmnunam. Dərmanların qiymətləri, demək olar ki, dərhal 30-80% azalacaq", - deyə o yazıb.

Tramp uzun illərdir ki, ABŞ-də dərmanların baha olmasından narahatlığını vurğulayıb. O, həmçinin bildirib ki, vəziyyəti tarazlamaq və Amerikaya ədalət gətirmək üçün dünyada dərman qiymətləri yüksələ bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью