Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

07.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 7 iyun, AZƏRTAC

ABŞ Tehranla üç aydır davam edən müharibəyə son qoymaq üçün razılığa gələ bilsə, İranla yüksək zənginləşdirilmiş uranı çıxarmaq və məhv etmək üçün birlikdə çalışacaq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC kanalında “Meet the Press” verilişinə müsahibəsində deyib. Onun sözlərinə görə, razılaşma alınmasa, Amerika qüvvələri təhlükəsiz şəkildə materialı özləri toplaya biləcəyi dərəcədə İran ordusunu daha da zəiflədəcək. “Əgər indi dost olsaq və sülh əldə etsək, bunu birlikdə gedəcəyik. Bu, bizim avadanlıqlarımız olacaq. İstər yerində, istərsə də kənarda, onu çıxarıb məhv edəcəyik”, - deyə Tramp qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью