Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

30.05.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.

Sfera.az xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp özəl sektora qayıdan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru İlon Maskla birlikdə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Onlar sövdələşməyə üstünlük verirlər. Məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər", - dövlət başçısı bildirib.

Tramp həmçinin vurğulayıb ki, Mask öz administrasiyasını həmişəlik tərk etməyəcək: "DOGE-nin bir çox əməkdaşı qalır. İlon da burada qalır. O, gəlib - gedəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью