Tramp: ABŞ Ukraynaya hərbi yardımı azalda və NATOnu tərk edə bilər

09.12.2024

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ağ Evdə yenidən vəzifə başına keçəcəyi zaman Ukraynanın Birləşmiş Ştatlardan indiki miqyasda hərbi yardım ala bilməyəcəyinin mümkün olduğunu bəyan edib. Tramp bu bəyanatı "Meet the Press" kanalına müsahibəsində verib. O, "bacararsa", müharibəyə son qoymaq üçün böyük səy göstərdiyini deyib.
Tramp həm də ABŞ-ı II Dünya müharibəsi dövründən Rusiyaya qarşı birlik olan NATO alyansında saxlamaq öhdəliyini öz üzərinə götürməyəcəyini söyləyib. O, üzvlərin öz hesablarını ödəyəcəkləri halda Amerikanın alyansdakı rolunu saxlayacağını bildirib.
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью