Tramp: ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək

05.06.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə etmək üçün görüş keçirəcəklər.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığından sonra “Truth” sosial şəbəkəsində bildirib.

“Qarşıdan gələn görüşün qrafiki və yeri barədə mətbuata məlumat verəcəyik”, - o vurğulayıb.

Amerika lideri bildirib ki, onun Si Cinpinlə söhbəti demək olar yalnız ticarətlə bağlı olub, Ukrayna və İran məsələləri müzakirə olunmayıb.

O, söhbətin təxminən bir saat yarım davam etdiyini qeyd edib və bunu çox müsbət adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью