Tramp: ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq

13.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İran arasındakı münaqişə noyabrda Birləşmiş Ştatlar Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacaq, lakin nizamlanma seçkilərdən əvvəl də əldə edilə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadakı qolf-klubunda jurnalistlərlə ünsiyyəti zamanı bəyan edib.

"Amerika-İran münaqişəsi aralıq seçkilərindən dərhal sonra, bəlkə də daha əvvəl başa çatacaq", - o bildirib.

Amerika liderinin sözlərinə görə, İran sülh sazişi bağlamağı istəyir və daim Vaşinqtonla əlaqə saxlayır.

"Onlar (İran - red.) düzgün saziş bağlamalıdırlar. Mən sərfəsiz saziş bağlamaq niyyətində deyiləm", - Tramp əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью