Tramp ABŞ və İranın bütün məsələləri 60 gün ərzində həll edəcəyinə inanır

20.06.2026

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunan razılaşma çərçivəsində bütün məsələlərin 60 gün ərzində həll ediləcəyinə və hərbi əməliyyatların yenidən başlamasına ehtiyac qalmayacağına inandığını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında çıxışı zamanı danışıb.

“Razılığa gəlmək üçün 60 günümüz var. Əks halda, onları qane etməyəcək addımlar atacağıq. Ancaq düşünmürəm ki, buna ehtiyac olacaq. Hesab edirəm ki, hər şey yaxşı nəticələnəcək”, – deyə ABŞ Prezidenti bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью