Tramp: ABŞ və İsrail İrana qarşı müharibəni davam etdirəcək

05.03.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton, 5 mart, AZƏRTAC

ABŞ və İsrail İrana qarşı müharibəni davam etdirəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O əlavə edib ki, Tehran rəhbərliyi hazırda nizamsızlıq içindədir.

"Hazırda çox güclü mövqedəyik və onların rəhbərliyi sürətlə uzaqlaşır. Orada lider olmaq istəyən hər kəs ölür",- deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью