Tramp: ABŞ Venesuela sahillərindəki gəmiyə zərbə endirib

15.10.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"ABŞ Venesuela sahilləri yaxınlığındakı beynəlxalq sularda gəmiyə zərbə endirib".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Bu səhər müdafiə naziri gəmiyə ölümcül zərbə endirmək əmri verib" , - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Tramp əlavə edib ki, gəmi vasitəsilə narkotik daşınırdı. Onun sözlərinə görə, zərbə nəticəsində altı nəfər həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью