Tramp: ABŞ Venesuelada neft hasilatı layihələrinə digər ölkələri dəvət edir

30.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Venesuelada neft hasilatı layihələrində iştirak etmək üçün digər ölkələri dəvət edir.

APA xəbər verir ki. Tramp bu açıqlamanı Ağ Evin Oval kabinetində yeni sərəncamları imzalayarkən verib.
Onun sözlərinə görə, Karakasdakı rəhbərliklə münasibətlər müsbət məcradadır və yaxın vaxtlarda dünya ölkələri Venesuela neftini qəbul etməyə başlayacaq.

ABŞ prezidenti Venesuela istiqamətində cəmləşdirilmiş ABŞ hərbi-dəniz qüvvələrinin bir hissəsinin hələ də regionda qaldığını da təsdiqləyib.
Onun sözlərinə görə, sözügedən qüvvələr hazırda Venesuela sahilləri yaxınlığında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью