Tramp ABŞ xəritəsini dəyişdi Bu ştatın adını belə yazdı

07.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu dəfə paylaşdığı xəritə ilə gündəmə gəlib. Xəritədə ölkənin bir ştatının adı dəyişdirilərək başqa formada göstərilib.

“Yeni Sabah” xəbər verir ki, Tramp “Truth Social” hesabında Nyu-Meksiko ştatının adını “New America” kimi göstərən xəritə paylaşıb.  Paylaşımda ştatın ərazisində “Mexico” sözü qırmızı xəttlə silinib və onun yerinə “America” yazılıb.

Tramp xəritə ilə bağlı hər hansı açıqlama verməyib. Ağ Ev də Nyu-Meksikonun adının dəyişdirilməsi ilə bağlı rəsmi iş aparıldığını açıqlamayıb. ABŞ prezidentinin ştatların adını dəyişdirmək üçün konstitusion səlahiyyəti yoxdur. Belə bir dəyişiklik üçün proses ştat səviyyəsində həyata keçirilməlidir. pizza

Tramp daha əvvəl də coğrafi adlarla bağlı qərarları ilə gündəmə gəlib. O, 2025-ci ilin yanvarında imzaladığı sərəncamla Meksika körfəzinin adının “Amerika körfəzi” kimi dəyişdirilməsinə göstəriş verib. Trampın son paylaşımı Nyu-Meksiko qubernatorunun da reaksiyasına səbəb olub.

Ştatın Demokrat qubernatoru Mişel Luhan Qrişam Trampı amerikalıların diqqətini başqa məsələlərdən yayındırmağa çalışmaqda ittiham edib.

Qubernator bildirib ki, “Nyu-Meksikonun adı müzakirə mövzusu deyil”.

Əsmətxanım Rzazadə 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью