Tramp: ABŞ yeni Qızıl Qübbə raketdən müdafiə sistemini yerləşdirmək niyyətindədir

05.03.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

APA xəbər verir ki, Prezident Tramp Konqresdə çıxışı zamanı “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini söyləyib.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-da istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə qalxanını maliyyələşdirməsini xahiş edirəm

Ronald Reagan bunu çoxdan etmək istəyirdi, amma texnologiya sadəcə o səviyyədə deyildi, hətta istəniləm səviyyəyə yaxın da deyildi. Amma indi texnologiyamız var”, - Tramp bildirib.

O qeyd edib ki, bu sistemlər başqa yerlərdə, İsraildə var.

Trampın fikrincə ABŞ da bu sistemlərə sahib olmalıdır.

“Bu, çox vacibdir. Bu, çox təhlükəli dünyadır. Bizdə bu ss\istemlər olmalıdır. Biz qorunmaq istəyirik. Biz müdafiə sənaye bazamızı gücləndirmək üçün vətəndaşlarımızı heç vaxt olmadığı kimi qoruyacağıq. Biz həmçinin Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini diriltmək niyyətindəyik”, - Tramp əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью